Ərzaqlar kateqoriyası üzrə məqalələr

Ağ tut qurusunun faydaları

Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir.

Abşeronda qara və ağ tut daha geniş becərilir. Tut qurusu əslində çox xəstəliyə faydalı quru meyvədir. Əminliklə deyə bilərik ki, faydalarını bildikdən sonra sizin də süfrənizdən əskik olmayacaq.

Dəmirlə zəngin olan tut qurusu sidiklə bağlı xəstəliklərin, böyrəklərdəki şişlərin, bağırsaq qurdların müalicəsində istifadə olunması tövsiyyə olunan meyvədir.
Davamı →

Çörəkçilik sənəti və çörəyə hörmət

Qədim vaxtlarda çörəyi hər ailə özü üçün bişirərdi. Lakin müəyyən dövr keçəndən sonra ictimai çörəkbişirmə meydana çıxır.
Şumerdə un «üyütmə evləri» yaranır, sonra çörəkbişirmə əməliyyatı da xüsusi «müəssisələr»də ixtisaslaşır. 4500 il bundan əvvəl Şumerin Ur şəhərinin məbəd təsərrüfatında kütləvi çörəkbişirmə tərəqqi tapır. Şumerin Laqaş şəhərində çörəkbişirmə müəssisəsinin fəaliyyəti haqqında tapılmış bir sənəddə deyilir ki, iki ay ərzində çörək bişirmək üçün 1000 «qur»dan (200 ton) çox müxtəlif un növləri sərf edilmişdir.
İxtisaslaşdırılmış çörəkbişirmə müəssisələri və peşəkar şatırlıq sənəti bizim eradan əvvəl V əsrdə Yunanıstanda meydana gəlib. Yunanıstanda sənətkar çörəkçiyə o qədər hörmət olub ki, onun yüksək dövlət vəzifəsinə qədər qalxmasına hüquq verilib.
Davamı →

Qəhvənin növləri

Espresso — hamının bildiyi əsil qəhvədir.
 
Amerikano — espresso və su. Tündlüyü iki dəfə az olan qəhvədir, çünki su ilə 1:1 nisbətindədir.
 
Makiato — espresso və südlü köpük.
 
Ou lay — südlü qəhvə. Əksər adamların evdə içdikləri.
 
Latte — qəhvə, süd və südlü köpük. Çoxlu-çoxlu süd və azacıq qəhvə.
 
Mokaçino — qəhvə, süd, kakao və südlü köpük.
 
Kapuçino — qəhvə, süd, südlü köpük. Üzərinə kako və ya şokoladlı yonqar əlavə edilir.
 
İsti şokolad — kakao və süd.
Davamı →

Südün tarixi

İnsan heyvanı əhliləşdirəndən sonra onun ixtiyarına süd kimi xeyirli ərzaq növü keçir. Süd yüksək qidalığa malik qidadır.
Südün kəşfi insanın həyat tərzinə böyük təsir göstərib. Köçəri və yarımköçəri həyat südlə çox bağlıdır.
Qədim Misirdə südçülüklə tanışlıq 5000 — 5500 il bundan əvvəl başlayıb. Bir qədər sonra mesopotamiyalılar keçi və qoyun südündən istifadə yollarını öyrəniblər.
Təqribən 3500 il bundan əvvəl Hindistanda inəklərin necə sağılması barədə yazılı məlumatlar vardır.
Qədimlərdə həkimlər südü «həyat şirəsi» adlandırırdılar. Onlar müxtəlif heyvanların südü ilə vərəm və başqa xəstəlikləri müalicə etmək üçün üsullar təklif edirdilər. Hippokratın fikrincə, keçi və at südü vərəmin, inək südü podaqranın və qanazlığının, eşşək südü isə müxtəlif xəstəliklərin müalicəsinə köməklik edir.
Davamı →

Tütün

Tütünün vətəni Ekvadordur.
Kolumbun səyahəti zamanı ispanlar Kubada yerli hinduların tütün çəkdiklərini müşahidə edirlər. Yaxından tanış olandan sonra görürlər ki, çəkilən şey burulmuş quru yarpaqdan ibarətdir. Hindular çəkdiklərinə «tabako» deyirdilər. Hinduların bu adəti haqqında məlumat 1496-cı ildə Avropaya çatır. Məlumatı yayan rahib R.Pano deyir ki, hindular kələm yarpaqlarına oxşar yarpaqlan burub çəkirlər. Bununla yanaşı onlar bu yarpaqları həm iyləyir, həm də çeynəyirdilər. O zamanlar tütünü yalnız kişilər çəkirdilər.
1556-cı ildə Cənubi Amerikada fransız ekspedisiyasının tərkibində olan missioner A.Tave Parisə tütün toxumu (fransızca «peten» deməkdir) gətirir.
Davamı →

Balıq əti

Balıqçılıq insanın qədim məşğuliyyətlərindən biridir. Göllərin, çayların sahillərində yaşayan qədim tayfalar üçün balıq, tısbağa, timsah, köpək balığı və bir sıra başqa su heyvanlarının ərzaq kimi böyük əhəmiyyəti olub. İnsanlar su heyvanlarından həm gündəlik yemək üçün istifadə edir, həm də onları hisə verib, qurudub, duzlayıb, qaxac edib ehtiyat kimi saxlayırdılar.
Balıq və su heyvanlarının ovlanma tarixi on min ildən çox deyil. Çünki balıq tutmaq üçün qarmaq kəşf olunmalı idi. Bu, neolit dövründə baş verir. İnsan bu dövrə qədər okeanın, dənizin sahilə atdığı balıqları və su heyvanlarını yığıb, qida kimi istifadə edirdi.
Davamı →

Zeytun bitkisi

Zeytunun vətəni Aralıq dənizi rayonu və Yaxın Şərq ölkələridir. Qədim zeytun əkinləri Misir, Liviya səhralarının oazislərində, Suriya, Fələstin və Yunanıstan torpaqlarında yerləşir. Cins zeytun ağaclarına qədim Fələstində böyük diqqətlə qulluq edirdilər. Bu ölkənin qumsal və quru torpaqlarında zeytun yaxşı məhsul verirdi. Fələstinlilər zeytun yağından həm müxtəlif xörəklər hazırlamaq, həm də qəndilləri yandırmaq üçün istifadə edirlər. Qeyd edək ki, Fələstində o zaman hələ kərə yağı məlum deyildi.
Bizim «zeytun» sözü qədim yəhudi sözü sait (zeit)-dən əmələ gəlmişdir. Bu sözdən əvvəlcə ərəblər, sonra Şərq və Avropa xalqları (İran, Türkiyə, İspaniya, Portuqaliya və başqaları) istifadə etmişdir.
Davamı →

Pendirin tərkibi

Pendir - demək olar ki, hami tərəfindən sevilən çox xeyirli və dadlı süd məhsuludur.

Onun xeyirli xüsusiyyətləri qida dəyərinə bağlıdır. Pendirin tərkibində insan orqanizmi üçün vacib olan zülal, süd yağı, mineral maddələr, vitamin və ekstraktiv maddələr vardır. Onların konsentrasiyası ,süddə oaln miqdardan 10 dəfə daha yüksəkdir. Məhz buna görə 50 qr pendir yemək, 0.5 lt süd içməyə bərabərdir. Pendirin tərkibində olan zülal, südün tərkibində olan zülaldan daha yaxşı mənimsənilir. Pendirin tərkibinin 3% — i mineral maddələrdən ibarətdir ki, onların böyük hissəsini kalsiy və fosfor, qalan hissəsini isə sink, yod, selen, dəmir, mis və kaliy tutur. Tərkibi həmçinin A, B1, B2, B12, C, D, E, PP vitaminləri və pantoten turşusu ilə zəngindir. Enerji dəyərinı gəldikdə isə tərkibində olan yağ və zülaldan asılı olaraq dəyişərək, ümumilikdə isə 100 qr məhsula 300-400 kkal təşkil edir.

Nə üçün bu qədər xeyirlidir?
Ekstrativ maddələr həzm vəzilərinə yaxşı təsir edərək, iştahı artırır. Tərkibində olan zülal insan orqanizminin əvəzedilməz bioloji mayesi olan qan və limfaların ayrılmaz hissəsi olub, həmçinin imun telləri, hormon və enzimlərinin vacib komponenti sayılır.

Pendir- universal qida məhsulu olaraq, zülal, kalsiy və kalinin əvəzedilməz mənbəyi sayılır. Bu isə hamilə, süd verən və ağır fiziki yüklə məşğul olan insanlar üçün çox məsləhətlidir.
Davamı →

Dərini və saçları gözələşdirən qida

İllərdir xolestrolu yüksəltdiyi deyilən yumurta haqqında olan mənfi fikirlər alt üstü olur. «Huffington Post» yumurtanın önəmli və bilinməyən faydalarını açıqlayıb. 

Belə ki, yumurtanın tərkibindəki kolin adlı maddə ancaq beynin inkişafını dəstəkləməklə qalmır, həm də süd vəzi xərçənginin qarşısını alır.

Yeniyetməlik zamanı müntəzəm olaraq yumurta yemək süd vəi xərçəngi riskini dəfələrlə aşağı salır. Yumurta protein və luteinlə zəngindir. 

Bu maddələr katarakt yaranmasının da qarşısını almağa kömək edir. Gündə bir yumurta kardioloqla görüşünüzü gecikdirə bilər. Belə ki, bu məhsul infarkt və iflic riskini azaldır. 

Bu məhsulun tərkibindəki sulfid B vitaminin qaraciyərdə sovrulmasını asanlaşdırır, saç,dırnaq, dəri gözəlliyi üçün gərəkli olan kollejin, keratin kimi maddələrin istehsalına kömək olur. 

6 qram proteində bədənin əzələ quruluşu üçün gərəkli olan amino asitlər var. Əzələlərin inkişafı üçün yumurta əvəzsiz bir nemətdir. Xüsusilə hamilələr üçün yumurta məsləhətdir, çünki o körpələrin ana bətnində beyin inkişafına müsbət təsir edir.
Davamı →

Kartof qabığı


Kartof qabığının ən az kartof qədər faydalı olduğunu bilirsinizmi?
Potasium qaynağıdır
Qabığı ilə birgə bişirilmiş iri bir kartof təxminən 1600 mq potasium tərkiblidir. Eyni zamanda qan təzyiqini aşağı salır.
Lif qaynağıdır
Qabıqlı kartofun tərkibində 7 qr lif var, ancaq qabıqsız halda bu lif  miqdarı 1 qrama düşür. Bu uzun müddət tox hiss etmənizə kömək edər, infarkt riskini və xolesterolu aşağı salır, şəkər xəstəliyinə yoluxma ehtimalının qarşısını alır.
C vitamin qaynağıdır
İri bir kartof qabığında 29 mg C vitamini var. Portağalın tərkibindəki C vitamin miqdarından 3 qat daha çoxdur. Antioksidan olaraq yaraların tez sağalmasına kömək edir.
İri bir maqnezium qaynağıdır
Manqanaz, protein, karbonhidrat və xolesterol işləmi və sümüklərin yaranmasında mühüm rol oynayır. Gündəlik maqnezium ehtiyacının 33 faizini ödəyir.
Vitamin B6 ilə zəngindir
Bu vitamin kardivaskular, həzm, immunitet,  əzələ və sinir sistemi üçün əhəmiyyətlidir. Eyni zamanda beyin hormonları üçün faydalıdır. Kartof qabığı gündəlik B6 vitamin ehtiyacının 46 faizini qarşılayır.
Davamı →
Top