Bildiyimiz kimi, sarıkök qidalara çox gözəl dad və rəng verir. Lakin bundan əlavə sarıkök çox effektli təbii müalicəvi vasitədir.
Sarıkök qədim vaxtlardan təbabətdə müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunub.
Sarıkök çox effektli şəkildə orqanizmi şlaklar, toksinlər, azad radikallar və digər ziyanlı maddələrdən təmizləyir.
Sarıkökün daim istifadəsi orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərin inkişafından qoruyur.
Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Sarıkökü hətta «təbii antibiotik» adlandırırlar. Soyuqdəymə, qripp zamanı sarıkökün 1/2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır.
Qış aylarında təbii dərman kimi istifadə edilən quru əncirin faydalarına nəzər yetirək.
Tərkibindəki protein sayəsində vitamin və minerallarla hüceyrələrin yenilənməsini təmin edən xolesterolun qana qarışmadan bədəndən atılmasına kömək edir.
Tərkibindəki “benzaldehit” maddəsi ilə xərçəng hüceyrələrinin böyüməsini əngəlləyir.
Maqneziumun 30, fosforun 20, B1 vitaminin 5, B2 vitaminin isə 4 faizini əhatə edən quru əncir bağırsaqların müntəzəm çalışması üçün antioksidandır.
Qrip infeksiyalarının əngəllənməsində təsirlidir.
Dərinin gözəlləşməsində effektlidir.
Gündəlik bir, ya da iki ədəd yeyilməsi məsləhətdir.
Yaz aylarında çiçəkləri ilə evimizi ətirləndirdiyimiz iydənin faydalarını bilirsizmi?
Vitamin deposu olan iydənin tərkibində orqanik asitlər, vitaminlər, flovan qlükozidlər, uçan yağ, taninlər var.
— İshalı dayandırır.
— Öskürəyə faydalıdır.
— Bədən müqavimətini artırır.
— Bağırsağa faydalıdır.
— Sidik problemlərini nizama salır.
— Mədə bulantısı və qusmanı əngəlləyir
— Ağızı təmizləyir.
— Soyuqdəyməyə faydalıdır.
— Qripin qarşısını alır.
— Cinsəlliyi gücləndirir.
— Eqzemanı aparır.
— Böyrəkləri çalışdırır.
Çiçəkləri də suda qaynadılaraq içilə bilər. Xoş qoxusu olan iydə çiçəyini qoxulamaq zehni açır. İydə meyvəsi təzə olaraq, ya da kompot hazırlanaraq yeyilir.
Çox yeyilsə, qəbzlik yarada bilər.
Dadı bənzər, çöküntüsü yox, fincanı bənzər, falı yox! Tapın görək bu nədir? Əlbəttə ki, çoxlarının sevimli içkisi espresso.
Çoxlarının bəh-bəhlə danışdığı türk qəhvəsinin digər oxşar növü isə qərbdə qəhvə hazırlanmasında tətbiq edilir. Onlar bir az fərqli olaraq qəhvəni bir az daha iri çəkib isti suda saxlayır, ardından isti süzgəc və ya filtrdən keçirərək içirlər.
Əsl yaxşı espresso necə olur?
Hər şeydən əvvəl espressoda önəmli olan üzərindəki köpüyüdür. Bu köpüyə “crema” (krem) deyilir. Krem qəhvənin möhtəşəm aromasının bayıra uçmaması, yox olmaması üçün xidmət edir və qəhvə içilib qurtarana kimi yox olmur. Yaxşı bir krem həm qəhvənin keyfiyyətinə, həm də hazırlayanın bacarığına bağlıdır.
Mükəmməl bir espressonun köpüyü qalın, açıq-qəhvəyi rəngdə olur. Buna “pələng dərisi” adı verilir.