Ərzaqlar kateqoriyası üzrə məqalələr

Pivə içməyin faydaları

Dəyərli güclü cinsin nümayəndələri, sizə əla bir xəbərimiz var! Yəqin ki, pivə içməyi çoxumuz sevirik, amma çox hallarda ətrafdan onun orqanizm üçün zərərli olması barədə məlumatlar eşidirik.

Finlandiyalı alimlərin apardığı bir araşdırma isə bu fikirləri tamamilə alt-üst edib. Onlar belə qənaətə gəliblər ki, əslindəhəddindən artıq qəbul edilmədiyi təqdirdə pivə oqanizm üçün heç bir təhlükə yaratmır. Əksinə o bir çox dərlərin dərmanıdır. İndi isə sizə onların araşdırmalarının nəticələri haqqında daha geniş məlumat vermək istəyirik. Görək, pivənin hansı faydaları var?
Deməli, gündə bir bakal pivə içmək böyrək daşların əmələ gəlməsinin qarşısını alır.

Bir bakal pivənin (əsasən tünd pivənin) tərkibində təqribən bir qram lif var. Bu lif isə qanınızda LDL və ya zərərli xolesterolun səviyyəsini aşağı salır.
Pivə içən insanların orqanizmindəki Vitamin B6 konsentrasiyası içməyənlərlə müqayisədə 30% daha çoxdur.
Pivənin tərkibindəki silikon sümükləri mökəmləndirir.

Tərkindəki humulon maddəsinin birləşmələri pnevmaniya və bronxit viruslarına qarşı əla mühafizə vasitəsidir! Ancaq bir şeyi də qeyd etmək lazımdır ki, bu humulonun təsir etməsi üçün gündə 30 ədəd 350 ml-lik pivə içmək lazımdır. Bu isə bronxit və pnevmaniyadan qurtulmağımıza kömək etsə də, digər tərəfdən orqanizmimizdə müəyyən fəsadlar yarda bilər.
Tərkibindəki laktoflavin və nikotin turşusu isə yuxunu təmzimləyir.
Davamı →

Təzə yumurtanı ayrıd etmənin 3 praktik qaydası

Təzə yumurtanı seçmək qaydası:

* Yumurtanı duzlu su ilə dolu qaba qoyaraq, təzə olub-olmadığını anlaya bilərsiniz. Yumurta suyun üzündə qalırsa, boyat, dibinə çökürsə, təzədir.

 * Yumurtanı astaca sirkələyin, içində yüngülcə hərəkət hiss edirsinizsə, bu da boyat olduğuna işarədir.

 * Yumurtanın təzəliyi qabığından da bilinir. Təzə yumurtanın görünüşü bir az mat və kirəclidir. Boyat yumurta isə parlaq və sürüşkən olur.

P.S: Təzə nanə, şüyüd və reyhan kimi göyərtilərin xarab olmasının qarşısını almaq üçün kiçik parçalar şəklinə salıb, falqa kağızına bükün və soyuducuda dondurun.

Bundan əlavə, xırda doğranmış göyərtiləri qaba töküb, üstünə daş duz, sirkə və ya bitki yağı əlavə edərək soyuducuda saxlaya bilərsiniz.

Davamı →

Dondurma haqqında bilmədikləriniz

1. Dondurma tək desert deyil, bu həm də çox faydalı məhsuldur.

Dondurmanın tərkibində xeyirli vitamin (A, B, E, D) və mikroelementlər (kalsium, fosfor, dəmir, maqnezium) var.

2. Bir çox insanların fikirinə görə, dondurma anginaya səbəb ola bilər. Lakin bu belə deyil. Əgər insan dondurmanı asta-asta yeyərsə, onun boğazı ağrımayacaq. Əksinə olaraq bunun nəticəsində ağız boşluğu selikli qişaların immuniteti möhkəmlənir və insan daha gec-gec xəstələnir. Bəzi lor-həkimlər anginadan əziyyət çəkən insanlara məhz belə qeyri-adi möhkəmlənmə üsulunu tövsiyə edirlər.

Lakin dondurmanı dişləyə-dişləyə yemək olmaz. Bu həm dişlər, həm də boğaz üçün ziyanlıdır.

3. Normal miqdarlarda qəbul etdikdə (gündə 1 dəfə) dondurma (xüsusilə südlü, meyvəli-giləmeyvəli növləri) kökəlməyə səbəb olmur. Əksinə dondurma insanda çox tez toxluq hissi yaradır ki, nəticədə 1 qida qəbulunu dondurma ilə əvəz etmək mümkündür. Beləliklə, dondurma hətta arıqlamağa kömək edə bilər.
Davamı →

Şokoladın faydaları

Şokolad - ən vazkeçilməz şirniyyat növlərindən biridir. Bu şirin möcüzənin tarixi bizim eradan əvvəllə dayanır. Qədim zamanlarda insanlar kakao toxumlarını üyüdüb enerji içkisi hazırlayardılar. Bəs bu dadlı şirniyyatın faydalarını bilirsinizmi?

* Ürək xəstəlikləri və xərçənglə mübarizə aparır, dəri və sümükləri qidalandırır.

* Kakaoda qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə 3 dəfə çox antioksidant var.

* Şokolad eyni zamanda kalsium mənbəyidir. Bu isə güclü sümüklər deməkdir.

* Şokoladda insanın özünü yaxşı hiss etməsinə səbəb olan endorfin hormonu boldur.

* Güclü dişlər üçün flüor, stresslə mübarizə üçün isə potaş əhəmiyyətlidir. Bunlar isə şokoladda boldur.

* Tərkibindəki mis damarlar, hüceyrələrin sağlamlığı üçün vacibdir.

Davamı →

Yalnış qaydada yediyimiz meyvə və tərəvəzlər

Ola bilsin ki, siz düzgün təmizlmə qaydalarını bildikdən sonra daha çox meyvə və tərəvəzlərdən istifadə edəsiniz.
Sizə düzgün istifadə etmədiyiniz 5 məhsulu təqdim edirik.

Protağal və naringi
Siz bu narıncı sitrusları çox xoşlayırsınız ama onların təmizləyərkən əliniz yapışqan olur? Sizə bu C vitamini ilə zəngin meyvələrin düzgün istifadsini təqdim edirik: bunu üçün sadəcə meyvənin alt və üts  hissəsinin kəsmək və qabığının çıxartmaq lazımdır.

Davamı →

Şokolad çox faydalıdır

Bu dadlı şirniyyata görə biz Xristofor Kolumba borcluyuq. Vaxtılə məhşur səyyah onu Meksikadan Avropaya gətirib. Əvvəllər şokolaqı duru vəziyyətdə qəbul edirdilər.

Daha sonra ondan müxtəlif şirniyyatları istehsal etməyə başladılar.

Bir çox insanların fikirincə şokoladın ziyanı onun xeyirindən daha çoxdur. Lakin bu yanlış fikirdir. Yaxşı və keyfiyyətli şokolad (söhbət ilk növbədə şokolad plitkalarından gedir) insana yalnız xeyir gətirə bilər. Ucuz və keyfiyyətsiz saxta şokolad isə tək xeyirsiz yoz, hətta ziyanlıdır. Təəssüf ki, hal hazırda dükanlarda daha tez-tez hallarda məhz saxta şokoladla rastlaşmaq olur. Diqqətli olun və şokolad plitkalarının bağlamalarını oxuyun.

Yaxşı şokolad dedikdə, biz təbii şokoladı nəzərdə tuturuq. Onun tərkibində təbii kakao və kakao yağı var (palma, bitki və s. yağlar yox!). Yaxşı şokolad kifayyət qədər bahalı məhsuldur və bu səbəbdən ucuz şokolad sizdə şübhə yaradmalıdır. Ən faydalı şokolad növü acı şokoladdır. Bu şokoladın tərkibində şəkər azdır, lakin kakao çoxdur.

Davamı →

Kərə yağı

Yağ çalxalama yolu ilə qaymaqdan, süd üzündən, xamadan və qatıqdan alınır.
Kərə yağı qiymətli qida maddəsi olmaqla, əsas kalori mənbələrindən biridir. Onun tərkibində zülal laktoza (süd şəkəri), A, V, S, E vitaminləri vardır. Kərə yağı tarixən pendirin kəşfindən sonrakı yerlərdən birini tutur. Bu kəşf Şərqə məxsusdur. Şumer əsatirlərinin birində inək südündən yağ alınması barədə söz açır.
Yağın kəşfi köçəri heyvandarların müşahidəsinin məhsuludur. Azərbaycanda südü daşımaq üçün eymədən (bütöv qoyun, keçi dərisindən) istifadə etmişlər. Heyvanın belinə qoyulmuş südlə dolu dəri qab hərəkət zamanı çalxalanır və yağ əmələ gəlirdi. Bu, heyvandarların nəzərini cəlb etmiş və sonralar yağ hasil edilməsində başlanğıc rolunu oynamışdır.
Davamı →

Süd məhsulları

Süddən alınan məhsullar, demək olar ki, bütün xalqlara məlumdur. Hər bir xalq ağartı məhsullarından özünəməxsus tərzdə qatıq, prostokvaşa, ayran, kefir, kumıs, yoğurt, leben, ryajenka və sairə hazırlayır.
Orta əsrlərdə Norveçdə və İslandiyada süddən bizim qatığı xatırladan ərzaq-«skir» hazırlayır, onu səhərlər və axşamlar içirdilər.
Məlumdur ki, acıma prosesində əmələ gələn məhsulların bir çoxunun tərkibində spirt vardır. Bu, turşumuş süd məhsullarına da aiddir. Məsələn, kefirin tərkibində 0,2-dən 0,6 faizə qədər spirt olur. Kumısda spirtin faizi 2,5-ə çatır.
Rubrukun yazdığına görə, tatarlar (XII əsr) kumısı çox içirdilər. Hətta evin kandarında kumıs qoyurlar ki, içəri girən və çıxan ondan içsin.
Azərbaycanlılar turş süd məhsullarından qatıq hazırlayırlar. Keçmişdə də, indi də qatıq qaynadılmış süddən çalınıb. Südü qatığa çevirmək üçün ona maya vurub, isti yerdə saxlayırlar. Əgər çiy süd qalıb turşuyursa, ona «şeytan qatığı» deyir və yemirdilər.
Davamı →

Tünd içkilər

Üzüm və meyvə şirəsi acıyanda tərkibində spirt əmələ gəlir. Onu ayırmaq üçün alınan xammalı distillə edirlər. Spirtin qaynama temperaturu mayenin başqa tərkib hissələrinin qaynama temperaturuna nisbətən az olduğundan o daha tez buxarlanır. Ona görə də buxar soyuyarkən kondensasiya nəticəsində spirt alınır. Deməliyik ki, birinci emal nəticəsində təmiz spirt alınmır. Onu bir neçə dəfə distillə etmək lazım gəlir. Bunun üçün xüsusi aparat mövcuddur.
Mürəkkəb çoxkublu distillə aparatını ilk dəfə 1817-ci ildə Pistorius təklif edib. Onun distillə prinsipi sonralar başqa tədqiqatçılar tərəfindən xeyli təkmilləşdirilib.
Davamı →

Ətin saxlama müddəti

Sağlam və ləzzətli yeməklərin hazırlanması, ilk növbədə, qidalardan və keyfiyyətdən asılıdır. Qidaları isə təzə və tər saxlamaq bacarıq tələb edir. Soyuducu bəzi qida məhsullarını uzun müddət saxlamaq üçün ideal bir yerdir. Amma hansı ərzağın, necə və nədə soyuducuya qoyulmasından çox şey asılıdır.

Məsələn, Pakistan alimlərinin gəldiyi nəticəyə görə, əti soyuducuda 10 gündən artıq saxlamaq zərərlidir. Onlar bu müddətdən artıq ətin soyuducuda saxlanılmasından imtina etməyə çağırırlar. Məhsul 10 gündən artıq soyuducuda saxlanarsa, ondakı zülal tamamilə məhv olur. Bu da qida zəhərlənməsinə və mədə-bağırsaq traktının pozulmasına səbəb ola bilər.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin açıqlamasında bildirdi ki, ət soyuq temperaturda uzun müddət saxlanıla bilər. Belə olan halda, ətdə qida maddələri bir ilə qədər qalır.

Bölmə müdiri deyir ki, sadəcə, ətin saxlanmasına düzgün əməl etmək lazımdır: "Əti saxlamaq üçün qaydalara düzgün əməl olunmalıdır. Ətin donu açıldıqdan sonra dondurmaq düzgün deyil. Əti 1 ilədək mənfi 18-25 dərəcə temperaturda saxlamaq mümkündür. Bu temperaturda ət özünə məxsus xüsusiyyətlərini özündə saxlayır. Ətin donu açılaraq yenidən dondurulursa, hüceyrələrdə partlama əmələ gəlir və tərkibində olan qida madələrinin bir hissəsi məhv olur. Toyuq və balıq ətində züllalar bir qədər yumşaqdır. Saxlama müddəti və rejimləri daha ciddidir".

Davamı →
Top