Torpaq və icmaların büdcələri də dövlət büdcəsi kimi hakimiyyətin icra orqanı- yerli administrasiya tərəfindən tərtib olunur, nümayəndələr hakimiyyəti – şura (deputatların iclası) tərəfindən qəbul edilir və nümayəndələr hakimiyyətinin orqanı tərəfindən icra olunur. AFR-in milli gəlirində torpaq və icma büdcələrinin payı 20%-dən çoxdur.
Yerli hakimiyyət orqanlarının planlaşdırılmış gəlir və xərclərinin siyahısını Almaniyada büdcə nizamnaməsi adlandırmaq qəbul olunmuşdur.
Federal büdcə federasiyanın planlaşdırılmış gəlirlərindən və planlaşdırılmış xərclərindən ibarətdir. 1980-ci illərin əvvəllərində federal büdcə vasitəsilə ÜDM-un yarısına qədəri yenidən bölüşdürülürdü.
Gəlirlər vergi və qeyri vergi ödəmələrinin birləşməsi yolu ilə formalaşdırılır. Vergi daxilolmaları bütün büdcə gəlirlərinin beşdə dörd hissəsini təşkil edir. Qeyri vergi daxilolmaları dövlət müəssisələrinin gəlirindən və renta ödənişlərindən təşkil olunur. Qeyri vergi daxilolmalarına həmçinin Alman federal bankının çoxmilyardlı gəliri aiddir. Dövlətlərarası kreditlərin təqdim edilməsi üzrə faiz ödənişlərinin daxilolmaları, kapitalda iştirakdan yaranan gəlirlər az əhəmiyyət kəsb edir.
Dünya birliyində geosiyası və iqtisadi hökmranlıq uğrunda rəqabət mübarizəsi ən çox Birləşmiş Ştatlarla Qərbi Avropa arasındadır. Ayrı-ayrı ölkələrin – AB üzvlərinin (AFR, Fransa, Böyük Britaniya və Italiya) maliyyə-kredit sistemlərinin analizi Avropanın inteqrasiya birliyinin əsas struktur elementlərinin xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Lakin Avropa Birliyi bir çox hallarda dünya maliyyə bazarında özünün institusional və hüquqi formaları olan müstəqil iştirakçı kimi çıxış edir. Həm də beynəlxalq iqtisadi münasibətlər sistemində ayrı-ayrı Avropa dövlətlərinin rollarının minimallaşdırılması tendensiyası nəzərə çarpır. Bu ölkələr arasında iqtisadi, hüquqi və digər sərhədlərin silinməsi isə nəticədə onun vahid maliyyə-kredit sistemi olan bir dövlət kimi nəzərdən keçirilməsinə gətirib çıxarır.
1957-ci il iyulun 30-da bundestaq tərəfindən federal bank haqqında qanunun qəbulundan və avqustun 1-də həmin qanunun qüvvəyə minməsindən sonra vahid struktur – Alman federal bankı (Deutsche Bundesbank) yaradılmışdır. Alman federal bankı torpaqların mərkəzi banklarını və Alman torpaqları Bankını birləşdirdi və uyğun olaraq, onların fəaliyyətini tənzimləyən qanunlar da öz qüvvəsini itirdi. Torpaqların mərkəzi bankları «Doyçe Bundesbank»ın baş idarələri adlandırılmağa başladı, hərçənd onların əvvəlki adı da –torpaqların mərkəzi bankları adı da qalmaqda idi.
Almaniyanın vahid pul-kredit sistemi 1870-ci illərdə təşəkkül tapmışdır. Həmin dövrdə imperiyanın elan edilməsindən sonra pul vahidi – qızıl tərkibi 0,358423 q olan reyxsmarka tətbiq olunmuşdur. Bu isə qızıl monometallizmin başlanğıcı demək idi. Bu vaxta qədər dövlətin ərazisində yeddi monetar sistem mövcud idi: Şimali (taler) və Cənubi (qulden) Almaniyada gümüş monometallizm, Bremendə qızıl taler, gümüşə nəzərən mübadilə kursu ilə dövr edən qızıl pullar – fridrixsdorlar, luidorlar, pistol və dukatlar. Bundan başqa banknotlar və kağız pullar da işləyirdi. Ilk kağız pulları Saksoniya buraxmışdı, 1772-ci ildə isə burada 1 talerdən 100 talerə qədər ümumi məbləği 1,5 milyon olan xəzinə biletləri dövriyyəyə buraxılmışdır. Artıq 1856-cı ildə Prussiya çoxrəngli çapın istifadəsi ilə kağız pulların buraxılışına başladı.
Almaniya dünya iqtisadiyyatının liderlərindən biridir. O, ÜDM həcminə görə (3.6 trilyon dollar) ABŞ, Yaponiya və Çindən sonra dördüncü yeri tutur. (2008). AFR sənaye istehsalının ölçüsünə görə ABŞ, ÇXR və Yaponiyadan dərhal sonra dördüncü yerdədir. Əhalinin hər nəfərinə düşən ÜDM ildə təqribən 44 min dollardır. Sahəsi 357 min kv. km. Fransa və Ispaniyadan sonra Avropada üçüncü yerdədir, əhalisi 82 milyon nəfər, əhalinin sıxlığı 1 kv. km. 230 adamdır.
1990-cı ildə Qərbi və Şərqi Almaniyanın birləşməsindən sonra ölkə iqtisadi potensialına görə Avropanın iri dövləti oldu. Lakin 1990-cı illərdəki konyunktura «ikili», «parçalanmış» kimi xarakterizə olunurdu. 1990-cı ildə Şərqi Almaniya iqtisadiyyatının iflası 1992-1995-ci illərdə yeni federal torpaqlarda ÜDM-in sürətli inkişafı ilə kompensə olundu (1994-cü ildə bu göstərici Avropada rekord vurmuşdur – 10%). Bu zaman istehsal aparatının, infrastrukturun, təsərrüfat münasibətlərinin və qaydalarının iri həcmli keyfiyyət transformasiyası baş verirdi. Hərçənd qərb torpaqlarında artım çox kiçik idi və şərqdəki iqtisadi yüksəliş «köhnə» AFR-dəki aşağı inkişaf sürətini kompensə edə bilmirdi (ən yaxşı halda ona 0,1% əlavə edirdi).
Vergi ödəniş sistemi əsasən büdcənin gəlir hissəsini müəyyənləşdirir. Ona görə də ABŞ- ın vergi sistemi öz strukturu etibarilə büdcə sistemi ilə oxşardır və federal büdcə, ştat və yerli orqan büdcələrinin gəlirlərinin əsas mənbəyidir. Federal hökumət bütün vergi daxilolmalarının 70%-ni, ştat hökumətləri -20%-ni, yerli orqanlar 10%-ni alır.
XIX əsrdə ABŞ-ın federal büdcəsi əsasən gömrük rüsumlarından, aksiz ödənişlərindən, o cümlədən dövlət torpaqlarının satışından gələn gəlirlərdən formalaşırdı. 1861-1865-ci illərin Vətəndaş müharibəsinə qədər federal büdcə əsasən balanslaşdırılmış şəkildə idi və gəlir hissələrinin formalaşdırılmasında ciddi gərginliklərlə üzləşmirdi.
ABŞ hökumətinin büdcəsi hakimiyyətin icraedici və qanunverici qollarının ümumi cəhdlərinin nəticəsidir. Icra hakimiyyəti büdcəni hazırlayır. Qanunverici hakimiyyət vergilər və xərclər haqqında qanunlar qəbul edir və büdcə onlar vasitəsilə yerinə yetirilir. ABŞ-ın büdcə prosesini ümumilikdə üç əsas mərhələyə bölmək olar:
ABŞ dünya iqtisadiyyatının sözsüz lideri olub, istehsalda və iqtisadi inkişafda bütün ölkələri üstələyir. ABŞ sənaye mal və xidmətlərinin dünyada ən iri istehsalçısıdır. Dünyanın ümumi ÜDM-də ölkənin payı 25%, dünya ixracında 12,6%-dir. 1996-cı ildən 2000-ci ilə qədər dövlətin real ÜDM artımı digər inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək idi. 2000-ci ildə o 5% təşkil etmişdir (Kanadada 4,7%, Almaniyada 3,1, Böyük Britaniyada 3%). Bu, 1984-cü ildən sonra ən yüksək göstərici idi. Iqtisadi artım templərinin yüksəlməsinə ev təsərrüfatı sektorunda istehlak tələbinin artımı (5,3%) və ümumi yatırımların əsas kapitalda artımı (10,2%) səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, 2001-ci ildə ÜDM –in artım tempi dərhal ikinci rübdə 5,6%-dən üçüncü rübdə 2,7%-ə düşmüş (gözləndiyindən də güclü şəkildə – 3,6%) və son altı ildə ən aşağı səviyyəyə enmişdir. Gözlənilən 5,1% əvəzinə 2001-ci ildə iqtisadi artım 3% olmuşdur. Real ÜDM-in 1996-cı ildən 2001-ci ilə qədərki artım dinamikası Amerika iqtisadiyyatının dövriliyini və 2001-ci ilin enişini təsdiq edir. Artıq 2002 və 2003-ci illərdə artım 2,3%-ə qədər azalmışdır (cədvəl 2.1.).
Amerika federasiyasının büdcə quruluşu ABŞ Konstitusiyası ilə nizamlanır. 1787-ci ildə qəbul olunmuş bu sənəddə ştatlar digər öhdəliklərlə birlikdə dövlət xərclərini həyata keçirmək hüququnu da federativ ittifaqa ötürürdülər (federasiyanın ali qanunverici orqanı kimi konqresin məcburi sanksiyası ilə). XX əsrdə ABŞ-ın büdcə quruluşu, xüsusən federal büdcə əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Dövlət büdcəsinin ölçüləri, o cümlədən ölkənin ÜDM-da onun payı dəfələrlə dəyişikliyə uğramış, gəlirlərin və xərclərin strukturu bir neçə dəfə dəyişmiş, mərkəzin, ştatların və yerli hakimiyyət orqanlarının sərəncamlarında olan vəsaitlərin nisbəti dəyişmişdir. ABŞ-ın büdcə quruluşu çox və ya az səviyyədə dayanıqlı formasını yalnız son iki-üç onillikdə almışdır, lakin onun təkmilləşmə prosesi indi də davam edir.
Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, ABŞ büdcəsi də üç əsas funksiyanı yerinə yetirir: