Məcmu təklifin hərəkətinin nəticələri
Fərz edək ki, iqtisadiyyat uzunmüddətli müvazinət səviyyəsindədir. Bəzi firmalarda qəflətən xeyli miqdarda istehsal xərcləri artmışdır. Məsələn, ştatların kənd təsərrüfatında olan hava şəraiti taxıl mədəniyyətinin bir hissəsini korlamışdır, deməli, istehsal xərcləri artmışdır və yaxud deyək ki, Yaxın Şərqdə müharibə xam neftin ixracını saxlamışdır. Burada istehsal xərclərinin artması neft məhsullarında olacaqdır.
Istehsal xərclərinin makroiqtisadi səviyyədə artmasının hansı nəticələri ola bilər? Qiymətlərin verilmiş səviyyəsinin hər anında firma az miqdarda əmtəələr və xidmətlər təqdim edir. Deməli, qısamüddətli məcmu təklif əyrisi sola meyl edəcək, yəni bu əyri AS1 vəziyyətindən AS2 vəziyyətinə (şəkil 30.9.) keçəcəkdir. Konkret hadisələrdən asılı olaraq uzunmüddətli məcmu tələb əyrisi qalxıb-enə bilər, lakin fikrimizin sadə olması üçün fərz edək ki, onun vəziyyəti dəyişmir.
Məcmu təklif əyrisinin sola hərəkətini müşahidə etmək imkanımız vardır. Qısamüddətli dövr üçün iqtisadiyyat məcmu tələb əyrisi boyunca – A nöqtəsindən B nöqtəsinə hərəkət edir. Istehsal olunan məhsulun həcmi isə Y1-dən Y2-yə düşəcəkdir, qiymət səviyyəsi isə P1-dən P2-yə qalxacaqdır. Iqtisadiyyatda staqnasiya müşahidə olunur (istehsalın həcminin enməsi) və eyni vaxtda inflyasiya baş verəcəkdir (qiymətlərin qalxması). Iqtisadiyyatın belə vəziyyətinə staqflyasiya da deyilir.
Belə bir hadisə şəraitində siyasətçilər nə edə bilərlər? Problemin sadə həlli yoxdur. Bir imkan vardır ki, heç nə etmək lazım deyil. Belə bir şəraitdə əmtəələrin istehsalı və xidmətlərin qalığı məhv olma səviyyəsində, yəni Y2 vəziyyətində qalacaqdır. Nəhayət, iqtisadiyyat özü-özünə müalicə edəcəkdir, yüksək səviyyəli istehsal xərclərində dəyişiklik yaranacaqdır, əmək haqqı və əmtəələr və xidmətlər üzərində olan qiymətlər dəyişəcəkdir. Istehsalın aşağı və işsizliyin ən yuxarı səviyyəsində işçilərin əmək haqqı aşağı düşəcəkdir. Bunun da nəticəsində istehsal xərcləri aşağı düşəcək və təklif olunan məhsulların həcmi artacaqdır. Vaxt keçdikcə qısamüddətli məcmu təklif əyrisi AS1 vəziyyətinə qayıdacaqdır, qiymətlər aşağı düşəcək və istehsal öz təbii səviyyəsinə yaxınlaşacaqdır. Uzunmüddətli dövr üçün iqtisadiyyat A nöqtəsinə qayıdacaqdır, məcmu tələb əyrisi uzunmüddətli məcmu təklif əyrisini kəsəcəkdir.
Dövlət xadimləri monetar və vergi siyasətindən istifadə edərək alternativ variant axtaracaqlar. Qısamüddətli məcmu təklif əyrisinin qarışmasının nəticələrini aradan qaldırmaq üçün kompensasiyadan (əvəzini ödəmə) istifadə edəcəklər (şəkil 30.10.), belə ki, məcmu tələb əyrisi AD1-dən sağda olan AD2-də yerləşəcəkdir. Belə bir şərait daxilində iqtisadiyyat A nöqtəsindən C nöqtəsində yerləşəcəkdir, istehsal öz təbii səviyyəsində qalacaqdır, qiymətlər isə artaraq P1-dən çıxıb P3-də yerləşəcəkdir? Belə bir şəraitdə deyirlər ki, siyasətçilər «məcmu təklif qarışığının altında yerləşəcəklər»? Çünki onların hərəkəti istehsal xərclərinin qiymət səviyyəsinin həmişə artmasında ifadə ediləcəkdir.
Beləliklə, biz iki mühüm nəticəyə gəlirik.
— məcmu tələb əyrisinin qarışmasına təsir edən amillər stabilləşmə yaradacaqlar – iqtisadi durğunluq (istehsalın enməsi) və inflyasiya (qiymətlərin artması) uyğunlaşdırılacaqdır;
— siyasətçilərin məcmu tələbə təsiri imkanı məhdudlaşdırılmışdır, onlar eyni vaxtda qeyri-sağlam olan hər iki amillərin nəticəsi ilə siyasətçilər bacarmayacaqlar.
Nəticə: məcmu tələb və məcmu təklif modelinin məcmusu
Biz bu fəsildə iki məqsədə nail olduq. Birinci, biz qısamüddətli iqtisadi fəaliyyətin qalxıb-enməsi problemini müzakirə etdik. Ikincisi, bu fluktuasiyanı izah edən – məcmu tələb və məcmu təklif modelinə baxdıq. Sonrakı fəsillərdə bu modellərin hər bir elementini biz təhlil edəcəyik.
Qısamüddətli iqtisadi fluktuasiya modeli nə cür yaradılmışdır. Əhəmiyyətli dərəcədə müsbət xarici effekt özünü göstərir. 1929-1933-cü illərdə «böyük depressiya» zamanı ABŞ ÜDM-nun real həcmi 30% aşağı düşmüşdür. Işsizliyin səviyyəsi isə 3%-dən 25%-ə qədər artmışdır. Iqtisadçılar və siyasətçilər ressesiyanın səbəblərini başa düşmürlər və bu hadisədən çıxmaq üçün onlar yollar axtarırdılar.
1936-cı ildə Con Meynard Keynsin məşhur «Məşğulluğun, faiz və pulun ümumi nəzəriyyəsi» adlı əsəri nəşr olundu. Bu əsərində o, çalışırdı ki, iqtisadi fluktuasiyanın qısamüddətli səbəblərini və Böyük tənəzzülün səbəblərini izah etsin. O, belə hesab edirdi ki, durğunluğun və tənəzzülün əsas səbəbi əmtəələrin və xidmətlərin məcmu tələbdə deyildir, əsas səbəb əmtəələr və xidmətlər məcmu tələbin uyğun gəlməməsidir. C.M.Keyns belə bir nəticəyə gəlirdi ki, klassik iqtisadi nəzəriyyədə müstəsna hal kimi iqtisadi siyasətin uzunmüddətli nəticələri təhlil edilir.
Uzun kəsik müddətinə iqtisadi təhlil bizim istiqamətimizi çaşdırır. Bu məşhur sözü də, o, belə izah edirdi ki, həyata uzunmüddətli bir dövr kimi baxsaq, səhv etmiş olarıq. O zaman biz həyatda olmayacağıq, öləcəyik. Iqtisadçılar iqtisadiyyata uzunmüddətli bir dövr kimi baxırlar, onlar çalışırlar ki, sadə məsələlər həll etsinlər, lakin bu məsələlər heç kimə lazım deyil. Biz isə əslində episentrin mərkəzindəyik, tufanın qurtarmağını və okeanın sakitləşməsini gözləyirik.
C.M.Keynsin ideyaları siyasətçilərə və iqtisadçılara lazımdır. Dünya iqtisadiyyatı işsizliyin yüksək səviyyəsindən xeyli əzab çəkmişlər. C.M.Keyns belə bir siyasət təbliğ edirdi ki, hökumət ictimai işləri maliyyələşdirməklə yanaşı məcmu tələbi artırmalıdır. Sonrakı fəsildə biz pul-kredit və maliyyə-büdcə siyasətinə təsir edən məcmu tələbin elementlərini tədqiq edəcəyik. Sonrakı fəsildə verəcəyimiz təhlil Con Meynard Keynsin əsərlərinə əsaslanır.