Ərzaqlar kateqoriyası üzrə məqalələr

Donuz və digər heyvan ətləri

Babilistanda donuz murdar heyvan sayılır və onun ətini nadir hallarda yeyirdilər. Qədim Misirdə-Nil çayının deltasında isə donuzlardan toxumun yerə basdırılmasında istifadə edirlər.
Qədim İtaliyanın ziyafət məclislərində isə donuz ətindən hazırlanan məhsullar süfrənin yaraşığı sayılırdı. İtalyanlar qaban və ev donuzundan əlliyə yaxın xörək hazırlayırdılar. Romalılarda qızdırılmış bütöv donuz balasını (çoşkanı) süfrəyə qoymaq hələ o zaman bir adət olmuşdur. Varlı romalıların süfrələrinə hətta bütöv qaban da verirlərmiş. Romalılar donuz içalatından yunanlar kimi qan kolbasası, həmçinin içalat kolbasası hazırlayırdılar. Ədviyyatlı kolbasaları xüsusi sobalarda qızdırıb isti şəkildə satırlarmış.

Davamı →

Əhvali-ruhiyyəni qaldırmaq üçün nə qəbul etməli?

İnsanın əhval-ruhiyyəsi müxtəlif amillərdən asılıdır, eləcə də xoşbəxtlik hormonundan. Bu ad altında bir neçə hormon nəzərdə tutulur: endorfinlər, enkefalinlər, serotoninlər. Bu hormonların yüksək dozası bəzi məhsullarda var ki, onları vaxtaşırı olaraq qida rasionuna daxil etmək lazımdır.
Davamı →

Qəhvə içkisi

Onu sevən də çoxdur, əleyhinə olanlar da. Deyirlər Onore de Balzak gündə 20 fincandan çox qəhvə içərmiş. «Qəhvə gecə kimi qara, öpüş kimi şirin, ilk məhəbbət kimi isti olmalıdır».
«Qəhvə» sözü ərəbcə «oyandıran, qıcıqlandıran içki» mənasını daşıyır. Tərkibində kofein olduğundan stimuləedici təsir göstərir. İlk dəfə Həbəşistanın cənub-qərb rayonlarında yerləşən Kaffa adlı ərazidə yetişdirildiyinə görə «kofe» adlandırılması haqqında rəvayətlər var. Sonralar ərəb ölkələrinə, 17-ci əsrdə isə Avropaya gətirilir. Bütün dünyanı dolaşır və hazırda bir çox ölkələrdə yetişdirilir.
Davamı →

Ev quşları və yumurta

Ərzaq fondunda quşların da xüsusi yeri vardır.Toyuq yetişdirilməsinin tarixi beş min ildən çoxdur. Quş ətində 190-a yaxın maddə vardır, buna görə də quş əti qiymətli ərzaq növüdür.Toyuq cinslərinin vətəni Cənubi-Şərqi Asiyadır.
İnsan neolit dövründə quşları həm ovlayır, həm də əhliləşdirməyə cəhd göstərirdi. Bu cəhətdən qədim Misir ilk quş bəsləyən ölkələrdən biri sayılır. İnkubator yaratmaq ideyası məhz qədim Misirdə meydana gəlib. Orta əsrlərdə bu ölkədə süni toyuq yetişdirmək sahəsində çox ustalıqla məşğul olublar.

Davamı →

Ət qidası

Ət qidası, demək olar ki, hazır şəkildə, orqanizmin maddələr mübadiləsi üçün tələb olunan əsas vacib maddələri də özünə daxil edir. O, orqanizmdə həzm prosesinin və bununla bərabər başqa vegetativ (yəni bitki həyatının hadisələrinə uyğun) proseslərin gedişatını qısaldır və beləliklə, canlı həyatın fəal təzahürü üçün daha çox vaxt, maddə və enerji qənaət edir… Bitki qidası ilə yanaşı ət qidasına adət, formalaşan insanın fiziki qüvvəsinin və müstəqilliyinin artmasına fövqəladə kömək edir. Amma ət qidasının əsas əhəmiyyəti o olur ki, zehnə qidalanma və inkişaf üçün əvvəlkinə nisbətən daha çox maddələr verərək beyinə təsir göstərir və onun nəsildən-nəslə daha sürətlə və dolğun təkmilləşməsinə imkan yaradır…

Davamı →

Günəbaxan

Günəbaxan «dünya səyahətinə» Şimalı Amerikadan başlayıb. O, ilk dəfə ABŞ-ın cənubunda yaşayan hindular tərəfindən mədəniləşdirilib. XVI əsrdə (1510-cu ildə) ispanlar günəbaxanı öz vətənlərinə gətirir və Madridin botanika bağında əkirlər. Uzun müddət ona dekorativ bitki kimi baxırlar. Lobel günəbaxanı Avropada ilk dəfə (1576-cı il) rəsm əsərlərində təsvir edir, adını da «günəş gülü» qoyur. Məşhur rəssam Van-Deyk avtoportretini yaradarkən əlində günəbaxan tutmuş və onu «günəş gülü» kimi tarixə salmışdır.

Davamı →

Meyvələr gözəlləşdirir

Gözün ətrafındakı qırışları aradan qaldırmaq üçün 1 qaşıq badam yağı, 1 qaşıq soya yağı və 1 qaşıq avokado yağını birlikdə qarışdırın. Bu qarışıqdan hər gecə yatmazdan əvvəl gözünüzün ətrafına yumşaq hərəkətlərlə masaj edərək vurun. Səhər üzünüzü yuyub, yumşaq dəsmalla qurulayın.
Gözün altındakı torbalar üçün 1 ədəd kartofu halqa şəklində kəsib, gözlərinizin üzərinə qoyun və 15-20 dəqiqə saxlayın. Həm gözünüzün altındakı torbalar yox olacaq, həm də gözünüzdəki qızartıların çəkilməsinə kömək edəcək.
Davamı →

Kolbasa

Ətdən hazırlanan ən məşhur məmulat kolbasadır. Kolbasanı Şərqdə də, Qərbdə də xoşlayırlar.
Qədim yunanlar donuz qanına piy parçaları, yarma və sarımsaq qatıb, qan kolbasası hazırlayırdılar.
Məlumdur ki, qədim romalılar Lukaniya və Qalliyyadan hisə verilmiş sosiska alırdılar. Müasir tipli bağırsaq kolbasalarını XIII əsrdən etibarən hazırlamağa başlamışlar.

Davamı →

Şəkər

Bizim işlətdiyimiz «şəkər» sözü qədim sanskrit dilindəki «sakara» sözündən əmələ gəlmişdir. Mənası «qatışdırılmış şirə» deməkdir. Şəkər qamışının vətəni Hindistan, daha dəqiq desək Himalay dağlarının ətəkləridir.
Yunan alimi Feofrasdan bizə şəkər qamışından şirin duz alınmasına dair məlumat gəlib çatmışdır.
XII-XIII əsrlərdə yaşamış yunan həkimi İ. Aktuariüs qamış balını dərmanların acılığını azaltmaq üçün tətbiq edirdi.

Davamı →

Bal

Arının hasil etdiyi balın füsunkarlığını insan hələ daş dövründə başa düşmüşdür.
Qədim yunanlarda bal üç gözəl xüsusiyyətin — mehribanlığın, məhəbbətin və paklığın nişanəsi sayılırdı. Əgər insanı balla müqayisə edirlərsə, bu o demək idi ki, o ən yüksək keyfiyyətlərə və məziyyətlərə malikdir. Məşhur Pifaqor (580-500) deyirdi ki, əgər o, bal yeməsəydi, doxsan il yaşamazdı.
Bir gün Demokritdən soruşurlar ki, insan hansı yolla uzun, həm də sağlam ömür sürə bilər? Demokrit cavab verir ki, əgər insan özünə xaricdən zeytun yağı, daxildən bal çəkərsə.

Davamı →
Top