Darını təqribən 5 min il bundan əvvəl Çində və Monqolustanda mədəniləşdiriblər. Çində darı ilə yanaşı, çumiza da (italyan darısı) əkinçiliyə daxil olub.
Türk xalqlarına darı qədimdən məlumdur. Türkdilli xalqların, demək olar ki, hamısında bu bitkinin adı eynidir -«darı» (tarı).
Ehtimala görə Zaqafqaziyaya darı, Hindistandan (İran vasitəsilə) gətirilmişdir.
Yunan tarixçisi Ksenofont eramızdan IV əsr əvvəl İrəvanda darı əkininə rast gəlmişdir. Qədim Urartuda darıdan çörək və içki hazırlayırdılar. İranın özündə isə darı eramızdan əvvəl — birinci minillikdə məlum olmuşdur. Darı qədim tayfalardan keltlərə, qallara, skiflərə və sarmatlara məlum olub.
Bitki yağlarının insan orqanizmi üçün faydalı olduğu məlumdur.Təsadüfü deyil ki, həkimlər gündəlik rasionda,yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər.Zeytun,günəbaxan,qarğıdalı,soya,araxis-bunların hamısını sadalamaqla bitməz.Bəs hansılardan istifadə edək və hansılardan uzaq duraq?
Çay dünyada sudan sonra ikinci ən geniş yayılmış içkidir. Çay kolunun (Camellia sinensis) yarpaqlarını dəmləməklə və ya qaynatmaqla əldə edilən bu içki əsasən isti və subtropik olkələrdə yetişdirilir. Yığılandan sonra emal prosesinin nəticələrinə görə çay 4 növə ayrılır: yaşıl, qırmızı, sarı və qara.
Qəhvə (ərəbcə قهوة qəhvə «ehtiraslandıran içki») — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.