Xüsusən də evdar xanımlar badımcanın əvəzsiz faydalarından məlumatlıdırlar. Milli mətbəximizdə bu tərəvəzlə çeşidli yeməklər, salatlar, tutmalar və hətta mürəbbələr belə hazırlanır. Amma ailə üzvlərimiz qoyulan əməkdən sonra hər zaman adət etdikləri mətbəxi süfrədə görmək istəmir, sizdən yeni dadlar gözləyir. Elə isə soyuducunuzda ilin demək olar ki, bütün fəsillərində soyuducularınızda tapılan badimcandan kiçik pizzalara nə deyirsiniz?
Lazım olan ərzaqlar:
* 3 ədəd pomidor
* 3 ədəd böyük badımcan (bostan badımcanı)
* 1 kiçik baş soğan
* 200 qr mozarella və ya digər növ holland pendiri
* bitki yağı (qızartma üçün)
* duz
* reyhan qurusu (basilik).
Hazırlanması:
Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlayın və kənarda 30 dəqiqə saxlayın. Daha sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə qurulayıb tavada bir qədər bitki yağı qızdırın və badımcanların hər iki üzünü bir az qızardın. Tam bişirməyə ehtiyac yoxdu, çünki badımcanlar sobada da bişəcək.