Kulinariya kateqoriyası üzrə məqalələr

Ağızda əriyən qoyun əti

Ərzaqlar:
— 1 kq sümüksüz qoyun əti
— 3 kivi
— 1 dəstə nanə
— yarım limonun şirəsi
— duz, istiot.

Hazırlanması:
Nanəni və kivini blenderdə xırdalayın, limon şirəsi, duz və istiot əlavə edin, qarışdırın. Ət üçün marinad hazırdır. Marinada əti qoyun, soyuquducuda 2 saat saxlayın. Sonra soyuducudan çıxardın, tavaya düzün.
Davamı →

Göbələkli avakado salatı

Tərkibi:
2 ədəd avokado
5-6 ədəd göbələk
1 ədəd pomidor
2 ədəd yaşıl soğan
Yarım limonun suyu
Zeytun yağı
duz.

Hazırlanması:
Göbələkləri dilimləyib öz suyunu çəkənə qədər tavada bişiririk və bişdikdən sonra ayrı bir kasada soyuması üçün qoyun.
Davamı →

Qərb mətbəxindən Beyqıllar

Əcnəbi un məmulatı Beyqıl Qərb ölkələrindən gələn kafe və restoranların sayəsində artıq ölkəmizdə də tanınır. Əslində çox bəsit görünüşə və tanış təama məxsus bu kökələrin ev şəraitində hazırlanması elə də qəliz deyildir. Hazırlanma prosesinin maraqlı hissəsi kökələrin öncə suda qaynadıldıqdan sonra sobada bişirilmə qaydasıdır.

Üzəri adətən fərqli qaraçörəkotu növləri- xırda, böyük, qara, ağ və s. olmaqla beyqılları adətən səhər yeməyi üçün hazırlayırlar. Arasına yağ-pendir, istəyə görə digər məhsullar çəkib dadı damaqda qalan süfrə keyfi yaşanılır.
Davamı →

Sobada pendirli göbələk

Lazım olan ərzaqlar:
— 300 qr toyuq döş əti
— 250 qr şampinyon göbələyi
— 2 ədəd yaşıl bibər
— 1 ədəd soğan
— 3 ədəd pomidor
— 2 ədəd kartof
— 1 xörək qaşığı tomat pastası
— duz
— istiot
— bitki yağı
— 200 qr holland pendiri.
Davamı →

İtalyansayağı çuğundurlu əriştə

Xanımlar, bu günlərdə hamımızın ortaq problemi – az kalorili və yüsək proteinli yeməklərdir. Etiraf etmək lazımdır ki, bu adət etidyimiz xəmir yeməkləri ilə heç də tutmur. Sizinlə paylaşacağımız resept bizim milli əriştə yeməyini xatırlatsa da, bu təamın əsas inqredienti çuğundur köküdür.

Əslində bu resepti çuğundur tozu ilə də hazırlamaq olar. Lakin nəzərə alsaq ki, bizim yerli marketlərdə onu tapmaq o qədər də asan deyil, onu bişirməyin ən asan yolu çuğundurdan istifadə etməkdir.
Davamı →

Armud cemi

Ərzaqlar:
4 kq armud
2 kq şəkər tozu
1 ç.q. darçın
1 ç.q. limon turşusu.

Hazırlanması:
Meyvələri yuyuruq, təmizləyirik, xırda tikələrə doğrayırıq, üzərinə şəkər tozu tökürük, qarışdırırıq. Kütləni blenderlə əzirik. Kütləni enli ləyənə tökürük, odun üzərinə qoyuruq.

Qaynamağa başlayanda darçın və limon turşusunu əlavə edirik, qarışdırırıq. Cemi vam odda 40 dəqiqə ərzində bişiririk. Hazır cemi isti halda bankalara doldururuq, qapaqlarla bağlayırıq. Nuş olsun!
Davamı →

Konservləşdirilmiş qarğıdalı

Tərkib:
1 kq qarğıdalı
6 x.q. şəkər tozu
2 x.q. duz
1,5 l su.

Hazırlanması:
İti bıçaqla qarğıdalı dənələrini kəsirik. Dənələrin üzərinə çıxana qədər soyuq su tökürük, güclü odda qaynara düşənə qədər qızdırırıq.

Sonra vam odda 1 saat ərzində bişiririk. Üzərinə çıxan köpüyü kəfgirlə yığırıq. Suyu süzürük və saxlayırıq. Dənələri steril yarım-litrlik bankalara yığırıq (yuxarıda yer saxlayırıq).
Davamı →

Qızılgül peçenyesi

Ərzaqlar:
200 qr kəsmik 
1 stəkan un 
150 qr kərə yağı
yarım stəkan şəkər tozu + yarım stəkan şəkər pudrası
2 yumurta 
1 ç.q. qabartma tozu
1 paket vanilli şəkər tozu.

Hazırlanması:
Kəsmiyə yarım stəkan şəkər tozu, 1 paket vanilli şəkər tozu və 2 yumurta sarısını əlavə edirik, çəngəllə yaxşı qarışdırırıq. 
Soyuq kərə yağını sürtgəcdən keçirdirik və ya bıçaqla xırda doğrayırıq. Unu qabartma tozu ilə birlikdə ələyirik, kərə yağına əlavə edirik, barmaqlarla ovuşdururuq ki, xırda ovuntu alınsın.
Davamı →

Pendirli makaron

Tərkibi:
300 qr makaron
200 qr. holland pendiri
3 iri pomidor
duz, istiot
bitki yağı.

Hazırlanması:
 Makaron hazır olana qədər bişirilir, suyu süzün. Pomidorların qabıqlarını soyun, xırda doğrayın, bitki yağında qızardın. 

Pendiri sürtgəcdən keçirin. Pomidorlara makaron və pendir əlavə edin, yaxşı qarışdırın, 3-4 dəqiqə bişirin. Nuş olsun!
Davamı →

Göbələk supu

Ərzaqlar:
400 qr şampinyon göbələyi
3-4 orta ölçüdə kartof
1 soğan
1 bolqar bibəri
1 kök
2 diş sarımsaq
göyərti (zövqə görə)
zeytun və kərə yağı (qızartmaq üçün)
duz, istiot, dəfnə yarpağı.

Hazırlanması:
Tərəvəzləri təmizləyin, doğrayın. Soğanı zeytun yağı ilə kərə yağının qarışığında qızılı rəng alana qədər qızardın, kök, bolqar bibəri əlavə edin, yumşalana qədər qızardın. Tavaya sarımsaq sıxın, 1-2 dəqiqə qızardın, tavanı oddan götürün.
Davamı →
Top