Çılpaqlığın və seksuallığın hökm sürdüyü dəb dünyasında supermodel Həlimə Aden podiuma həmişə başı örtülü və qapalı geyimlərdə çıxır. Fanatları onun gözəlliyinə və cəsarətinə heyran qalırlar, tənqidçiləri isə bəzi şəkillərinə görə qınayır və deyirlər ki, inanclı müsəlman qız bu işlə məşğul olmamalıdır.
Somali qaçqını olan, çox mühafizəkar mühitdə böyüyən Həlimə cəmi iki il ərzində «başgicəlləndirən karyeraya» sahib olub, moda dünyasında ən çox tanınan şəxslərdən birinə çevrilib.
Hicablı top-modeli Həlimə Adendən müsahibə alıb, ondan sərt İslam qaydalarını model karyerası ilə birləşdirməyi necə bacardığını soruşulub. Eyni zamanda, bu sahənin ekspertlərindən müsəlman qızın moda dünyasına gəlişinin səbəbini soruşulub.